INTERNATIONAL CONFERENCE ON
NIZAMI GANJAVI

QISA MƏLUMAT

Xəzər Universitetində 9-10 dekabr 2021-ci il tarixlərində Beynəlxaq Nizami Gəncəvi Konfransı keçiriləcəkdir. Bildiyiniz kimi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə 2021-ci il “Nizami ili” kimi elan olunub. Nizami irsinin yenidən tədqiqata cəlb edilməsi, əsərlərinin yenidən tərcümə olunması üçün imkanlar açır, ədəbiyyatşünasların, Nizamişünasların, dilçilərin, şərqşünasların, mədəniyyətşünasların, tarixçilərin qarşısına çox mühüm vəzifələr qoyur. Bu vəzifələrindən başlıcası  Nizaminin  dünyaya olduğu kimi təqdim olunmasıdır. Belə ki, dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si (“Beşlik”) Sovet dövründə tərcümə edildiyindən, tərcümələrdə  sovet ideologiyasının ruhuna uyğun təhriflər yer almaqdadır. Konfransın əsas məqsədi Nizami Gəncəvi irsinin müasir tələblər baxımından daha mükəmməl araşdırılması, ,məşhur “Xəmsə”(“Beşlik”) əsərinin tərcümələrninin  elmi şəkildə tədqiqata cəlb edilməsi,  şairin çoxqatlı yaradıcılığında təcəssüm olunan dünya mədəniyyətlərinin, tarnixinin coğrafiyasının fərqli aspektlərdən öyrənilməsidir.  Azərbaycandan və dünyanın bütün ölkələrindən tədqiqatçı və tərçüməçilər bu konfransda iştirak etməyə dəvət olunurlar.

 

Mövzular:

 

1. Nizami Gəncəvinin əsərlərinin digər dillərdə tərcümələri

2. Nizami yaradıcılğında dünya sivilizasiyaları

3. Nizami Gəncəvinin ədəbi irsində dünyanın tarixi və coğrafi kosmologiyası.

Önəmli tarixlər

Konfrans tarixi:

9 – 10 Dekabr, 2021

 

Konfransın dili:

Azərbaycan, Türk, İngilis, Rus, Fars

Tezis qəbulu:

15 Noyabr, 2021

Tezinisin qəbulu ilə bağlı bildiriş:

25 Noyabr, 2021

Son ödəniş etmə:

Dekabr, 2021

 

Məqalələrin qəbulu::

20 Dekabr, 2021

 

Posterə baxın